Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşdü
Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin Suriya kəşfiyyatının rəsmisi ilə Bakıda görüş keçirdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə İLNA məlumat yayıb.
“Keçən həftə Bakıda Əfqanıstanla bağlı konfrans keçirildi, orada Yaxın Şərq və Avrasiya ölkələrinin komandirləri və yüksək rütbəli nümayəndələri iştirak etdilər. Suriya kəşfiyyatının rəsmisi də orada idi və onunla dostluq və konstruktiv görüşümüz oldu”, – sayt Narışkindən sitat gətirib.
Hələlik Suriya tərəfi bu xəbərə və görüşə münasibət bildirməyib.