Narışkin Rusiya casusunu ifşa etdi: Çerepanov nələr danışdı? - FOTO

media-hightechnic-468x90

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin “S” İdarəsinin gizli agenti polkovnik Sergey Çerepanovun şəxsiyyətini ilk dəfə ictimaiyyətə açıqlayıb.

Yenicag.az xəbər verir ki, Narışkin NTV-yə verdiyi müsahibədə Çerepanovun adının yalnız risklər aradan qalxdıqdan sonra açıqlana bildiyini vurğulayıb.

1981-ci ildə Sovet kəşfiyyatına qoşulan Çerepanov uzun illər xarici ölkələrdə gizli fəaliyyət göstərib. 20 ildən artıq çətin əməliyyat mühitində çalışdığı və uğurlu əməliyyatlarına görə “Cəsarət” ordeni ilə təltif edildiyi bildirilib.

Çerepanov çıxışında “Əgər qanuni üsullarla mümkün deyilsə, bu iş bizim üçündür – yəni “illeqallar” üçün”, – deyə bildirib. 24 il ərzində 43 ölkəyə, əksəriyyəti “qaynar nöqtə” olan bölgələrə getdiyini də deyib.

O, həmçinin kimliyinin Qərb xüsusi xidmət orqanlarının – MI6 və bir Avropa ölkəsinin casusları tərəfindən ifşa edildiyini, təhdid və xəyanətə məcbur edildiyini, lakin onların zəif nöqtələrindən istifadə edib Moskvaya təkbaşına qayıtdığını söyləyib.

ABŞ-də 10 rus casusunun həbs edildiyini televiziyadan öyrəndiyini, lakin özünün təhlükəsiz şəkildə ölkəyə dönə bildiyini əlavə edib.

Xatırladaq ki, 2010-cu ildə Vyanada baş verən casus mübadiləsi zamanı ABŞ və Rusiya arasında 14 nəfərlik agent dəyişdirilməsi həyata keçirilmişdi. 2024-cü ildə isə rus casusları Anna və Artyom Dultsev də analoji şəkildə vətənə qaytarılmışdı.

Çerepanovun 2016-cı ildə İspaniyada ifşa olduğuna dair məlumatlar da yayılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600