Səudiyyə Ərəbistanında “National Geograpich” jurnalının satışı qadağan edilib. Buna səbəb kimi jurnalın üz qabığında Katoliklərin lideri Papa Fransiskin şəkli olmasıdır.
Yenicag.az xəbər verir ki, jurnalın bağlanmasına səbəb kimi ön şəklin ölkənin maddi-mədəni irsinə uyğun olmaması göstərilib. Jurnalın satışı ilə məşğul olan baş meneceri Alsaad Ömər twitter hesabında bu barədə bildirib və oxuculardan üzr istəyib.
Bildirilir ki, jurnalın üz qabığnda olan şəkil Ərəbistanda yaşayan qatı dindarların kəskin narazılığına səbəb olub. Bu səbəbdən də jurnalın bağlanmasına qərar verilib.