Natiq CƏFƏRLİ: Neft Fondunun anasını ağladacaqlar
Neftin qiymətinin enməsi haqqında bir neçə mif:
1) Rusiya deyir ki, OPEK ölkələri, əsasən ərəblər, bilərəkdən neftin qiymətini aşağı salırlar ki, ABŞ-da slans nefti sahəsinin rentabelliyini aşağı salsınlar, bəzi oyunçuları sıradan çıxartsınlar, slans nefti hasilatı azalsın. Tamam absurd iddiadır: a) Ərəblər müstəqil oyunçular deyil ki, hər mənada asılı olduqları ölkəyə, ABŞ-a qarşı belə bir plan qursunlar, b) ABŞ-da slanq neftinin maya dəyəri hər ay (!!!) azalır, yeni texnlogiyalar tədbiq olunur, bu gün slans neftinin maya dəyəri 37-50 dollar arası dəyişir, amma, hər ay maya dəyəri aşağı düşür. Bundan əlavə ABŞ hökumətinin əlində ciddi rıçaqlar var ki, maya dəyərini bir az da aşağı salsın. ABŞ-da ciddi müzakirələr gedir ki, slans qazı və neftinin hasilatı ilə ilə məşğul olan şirkətlərə vergi güzəştləri tədbiq oluna bilər, bu baş versə, maya dəyəri daha 20-25% azalacaq. Yəni, ərəblər ABŞ-ı vurur, söhbəti mifdir.
2) Növbəti mif odur ki, Qərb Rusiyanı çökdürmək üçün bilərəkdən neftin qiymətini aşağı salır. Neftin aşağı enməsinin fundamental səbəbləri haqqında bir neçə dəfə yazmışam (link şərhlədə olacaq, 1 ay öncə yazmışdım bu barədə), bir daha iddia edirəm ki, neftin qiymətinin düşməsinin əsaslı, iqtisadi səbəbləri var və bu uzunmüddətli bir prosesdir.
3) Daha bir mif odur ki, dünyada neft tükənir, ona görə də, neft istehsalçısı olan ölkələr bilərəkdən istehsalı artırırlar ki, qiymət aşağı düşsün, sonra da neft azalanda qiymətlər indikindən dəfələrlə artıq olsun. Xatirladıram ki, son 10 ildə ənənəvi və slans neft ehtiyatlarının təsdiq olunmuş həcmi 3 dəfədən çox artıb, yəni. Indi ehtiyatklar, 10 il bundan qabaq olan ehtiyatlardan 3 dəfə çoxdur. Bir sözlə, neft tükənmir, tam əksinə, neft erası bitir və qiymətlər uzun müddət aşağıda qalacaq.
Neft erası ona görə bitir ki, ABŞ artıq özü-özünü neftlə tam təmin etmək gücünə sahib olub. BƏƏ, Küveyt, və digər ərəb ölkələrinin stabillik ona görə təmin olunurdu ki, cəmi 5-6 il bundan öncə, məhz bu region ABŞ-ın daxili neft təlabatının 60%-i ödəyirdi. ABŞ artıq bunda maraqlı deyil, özü-özünü neftlə təmin etməklə, neft erasının sonunu gətirdi. Neft erasının sonunu həm də yeni texnologiyalar gətirir, dünya çox sürətlə dəyişir.
Gələk bizim ölkəyə, bu gün 2015 büdcəsini təsdiq etdilər, neftin qiymətini 90 dollardan götürdülər, gələn il ortalama qiymət, ən yaxşı halda, 75 dollar olacaq. Məmurlar, hökumət deyir ki, büdcədə heç bir problem olmayacaq, təbii ki, olmayacaq, çünki Neft Fondunun anasını ağladacaqlar, ölkənin ehtiyatlarını tükədəcəklər. Neft Fondunun büdcəsinin təsdiqində bunu aydın görəcəyik. Problem tək 90 dollarla bitmir, bu gün Azərbaycanda istehsal olunan neftin 80%-nin (ABƏŞ (yəni Bp) istehsal edən neftin həcmi bu qədərdir) maya dəyəri Ceyhan limanından yükləmə daxil 12 dollardır (SOCAR-da maya dəyəri bundan yüksəkdir). Yəni, neftin qiyməti 110-115 dollar olanda da mayası bu qədər idi, indi 72 dollardır, yenə 12 dollar mayasıdır. Bir sözlə, təbii ki, həm ABƏŞ-in, həm SOCAR-ın gəlirləri azalacaq, paralel olaraq büdcəyə ödənilən vergilər də azalacaq. Xatırladım ki, gələn il neft sektorundan vergi kimi büdcəyə 3 mlrd. dollar vergi daxil olmalıdır, artıq indidən demək mümkündür ki, bu vergi ödənişində kəsr olacaq. Digər tərəfdən, neft sahəsinə xidmət edən sektorların da gəliri azalacaq, bu da vergi azalmalarına gətirib çıxaracaq.
Bir sözlə, dünya dəyişir, paradiqmalar dəyişir, texnologiyalar dəyişir, dəyişməyən isə bizim hökumətin zihniyyəti, düşüncəsi, yanaşmasıdır…