Natiq Cəfərlinin atası vəfat etdi

media-hightechnic-468x90

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.

Bu haqda REAL partiyası da sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir:

“Dərin hüznlə bildiririk ki, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin atası Mehman Cəfərov bu gün vəfat etmişdir. Mərhum Mehman müəllimin ailəsinə, yaxınlarına, xüsusilə də hörmətli Natiq bəyə səbr diləyirik. Allah rəhmət eləsin!”

Mərhum Mehman Cəfərov doğulduğu Gürcüstanda – Bolnisi rayonunun Babakişilər kəndində dəfn olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600