!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun sammitində GƏRGİNLİK: Rusiya raket hücumları ilə bu mesajı verir

!Reklam – Yazi

“Trampın yenidən hakimiyyətə gəlişi ilə ABŞ-nin Ukraynaya yardımları ya azalacaq, ya da ümumiyyətlə dayanacaq”.

Bunu Yenicag.az-a açıqlamasında hazırda NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak edən politoloq Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, Ukraynaya hücumların intensivləşməsi səbəbsiz deyil.

“Vaşinqtonda 3-gün davam edəcək NATO-nun zirvə toplantısı öz işinə başlayıb. Ukraynaya son zamanlar raket hücumlarının artmasına səbəb də məhz NATO-ya mesajdır.

Bu il istər Avropada, istərsə də ABŞ-də seçkilər ilidir. Ən böyük seçki prosesi isə noyabrın 5-i ABŞ-də müşahidə ediləcək. Eks-prezident Donald Trampın qələbə qazanması ehtimalı yüksəkdir. Trampın yenidən hakimiyyətə gəlişi ilə ABŞ-nin Ukraynaya yardımları ya azalacaq, ya da ümumiyyətlə dayanacaq”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, sadalanan amilləri nəzərə alan Qərb, dolayısı ilə NATO Rusiyanın qələbə qazana bilməməsi üçün seçkilərə qədər əlindən gələni etməyə çalışır.

“Ötən həftə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Rusiya və Çin Rusiya-Ukrayna müharibəsində Kremlə dəstəyin verilməsinin zəruriliyini vurğuladı. Bu isə ŞƏT və NATO-nun açıq savaşın bir addımlığında olduğunun göstəricisidir.

Hazırda NATO-nun sammitində gərginlik müşahidə edilir. Toplantıda Ukraynaya uzunmüddətli dəstəyin göstərilməsi ilə bağlı qərar qəbul olunacaq. Noyabr ayının 5-nə qədər Rusiya Ukraynanın məğlub və təslim olması üçün əlindən gələni əsirgəməyəcək. Bu mənada hər iki tərəf, istər Rusiya, istərsə də Qərb bütün gücünü səfərbər edib.

Hazırki proseslər son damlanın daşmasına az qaldığını göstərir. Belə olan halda atılan hər hansısa yanlış addım Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Bunu hər iki tərəf anlasa da artıq geri dönüş yolu yoxdur. Bir sözlə, Rusiya-Ukrayna müharibəsi ya ilin sonuna qədər dayanacaq, ya da Üçüncü Dünya müharibəsini başladacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv