NATO ölkəmizlə əməkdaşlığı yüksək qiymətləndirdi

media-hightechnic-468x90

77402NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan ilə bu hərbi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, ötən il NATO ilə əlaqələrin uğurla davam etdirildiyini bildirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə Alyansın rəsmi saytında yer alan xəbərdə deyilir.

NATO-nun baş katibi ötən illə bağlı hesabatında diqqətə çatdırır ki, Azərbaycan 2014-cü ildə NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramında iştirakını davam etdirib. NATO-nun bu proqramında məqsədi üzv və tərəfdaş ölkələr arasında əlaqələri möhkəmləndirməkdir.

Xatırladaq ki, Azərbaycan NATO-nun bir çox layihələrində, o cümlədən Əfqanıstanda sülhün bərqərar olması üçün keçirilən beynəlxalq missiyada iştirak edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa