!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi görüşəcək - Bakıda 

!Reklam – Yazi

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında dekabrın 11-də Prezident İlham Əliyev tərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumatına əsasən bildirilib.

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

K.Skarapotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

www.yenicag.az

1462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv