!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-Rusiya GƏRGİNLİYİ - "Bu, rəsmi Moskvanı çox çətin vəziyyətə salar" - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna müharibəyə ciddi hazırlaşır. Ukraynaya müdaxilə edilsə, Rusiyaya qarşı çox ciddi sanksiyalar gələ bilər ki, bu da rəsmi Moskvanı çox çətin vəziyyətə salar. Düşünürəm ki, NATO dirəniş göstərsə çox yaxşı olar”.

Bunu NATO-Rusiya arasındakı gərginliyin davam etməsi və bölgəyə təsirini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya beynəlxalq hüququ pozaraq başqa dövlətlərin suverenliyi ilə bağlı məsələləri öz üzərinə götürür:

“NATO-Rusiya arasındakı danışıqların alınmaması hamıya məlumdur. Çünki Rusiya diqtəedici bir mövqedə dayanıb. Tələblər irəli sürür. Rusiya postsovet məkanında domenant qüvvə kimi çıxış etmək hüququnun olmasını əsaslandırmağa çalışır. NATO və ABŞ bunu qəbul etmir və bildirir ki, kiminsə başqa dövlətlərin suveren hüquqlarına qarışmasına beynəlxalq hüquq imkan vermir. Hər bir dövlət daxilindəki prosesləri özü tənzimləməlidir. Belə bir şəraitdə danışıqlar prosesinin birinci raundu uğursuz nəticələnib. NATO tərəfi bəyan edir ki, Rusiya ilə danışıqlar aparmaq mümkün deyil.

Rusiya tərəfi hələ ciddi bir açıqlama verməsə də, bəzi şərhlərdə göstərilir ki, guya NATO tərəfi qeyri-konstruktiv hərəkət edir. Danışıqlar prosesində kompramisə nail olmaq üçün şərait yaratmır. Bu nöqteyi-nəzərdən çıxış etsək deyə bilərik ki, Rusiya dirənməkdə davam edəcək. NATO da dirənəcək. NATO-nun güzəşt etmək haqqı yoxdur. Çünki Rusiyanın söylədikləri beynəlxalq hüququn tələblərinə ziddir. Proseslərin necə gedəcəyini proqnozlaşdırmaq çətindir. Rusiya sadəcə olaraq şantaj edir. Qarşı tərəfi geri çəkilməyə məcbur etmək istəyir. NATO dirənsə, Ukrayna və Gürcüstanı NATO-ya qəbul edəcəyini birmənalı vurğulasa, Ukraynanın üzərinə hücum olacaq, ya yox, bunu demək çox çətindir. Rusiyanın özü problemlər qarşısındadır. Qazaxıstanla yanaşı daxili problemlər də kəskinləşir”.

Baş verənlərin Azərbaycanın yerləşdiyi bölgəyə təsirinə gəldikdə isə, politoloq bunlar deyib:

“Sülhyaratma prosesində ləngimə yaranıb. Erməni tərəfi yenə də kimlərinsə təsirinə düşərək hesab edir ki, sərhəddə müxtəlif münaqişələr törədərək KTMT-ni Ermənistan-Azərbaycan arasındakı sərhəd qoruma missiyasına cəlb etmək olar. Bunun olacağını zənn etmirəm. KTMT-nin nizamnaməsində belə bir şey yoxdur. Erməni tərəfi uzun zamandır ki, sərhədin qorunması üçün Rusiyadan xahişlər edir, rəsmi Moskva isə buna razılıq vermir. Öncə sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Bundan sonra kimi istəyirlər dəvət edə bilərlər. Hələki bölgədə sülhyaratma prosesi gedirsə, buraya üçüncü qüvvənin müdaxilə etməsi prosesləri gərginləşdirə bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv