Toyda kütləvi dava: Saxlanılanlar var

media-hightechnic-468x90

Naxçıvanda toyda kütləvi dava olub.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də, şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb.

Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib.

Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

İfadə verən polis əməkdaşları da bildiriblər ki, şəxs sərxoş halda nalayiq ifadələr işlədib, lakin polisə müqavimət və hücum faktı olmayıb.

Naxçıvan şəhər Məhkəməsində hakim Aslan Heydərovun sədrliyi ilə keçirilən prosesdə 150 manat məbləğində cərimə cəzası təyin edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa