Madrid “Real”ının qapıçısı Keylor Navas 2021-ci ilin iyununa qədər klubla müqaviləsini uzadıb.
Yenicag.az “Marca” nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq razılaşaraq müqaviləni imzalayıb.
Müqaviləyə əsasən, 32 yaşlı qapıçı ildə 5 milyon avro qazanacaq.
Navas cari mövsümdə Çempionlar Liqasının üç matçında, həmçinin İspaniya Primerosu və Kubokunda isə iki oyun keçirib.