Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinatlar

media-hightechnic-468x90

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinatlar həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəmilə Mirkəlam qızı Hüseynova tərbiyə işləri üzrə, Samir Zakir oğlu Bünyatov isə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Mərkəzin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinin icrası mərkəzin istehsalat təlimi ustası Afət Mahir qızı Qasımovaya həvalə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa