Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin edildi

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600