Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verildi

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı diqqətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb. Dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradılacaq.

Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600