!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda külli miqdarda narkotik məhv edildi

!Reklam – Yazi

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib.

Yenicag.az xəbər verir ki, məhv edilməs prosesi Muxtar Respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə baş tutub.

Naxçıvan şəhərində yerləşən xüsusi məkanda ümumi çəkisi 26 kq 939,796 qram qurudulmuş marixuana, 1022 kq 515,658 qram heroin, 180 ədəd tam, 11 ədəd yarım həb metadon və 429,8 qram məhlulu, 4 ədəd triheksifenidil (siklodol), 113 ədəd tam və 01 ədəd yarım həb tramadol güclü təsir edən maddəsi, 216 həb klonozepam psixotrop maddəsi, 180 kiloqram 795,979 qram tiryək, 200,383 qram metamfetamin psixotrop maddəsi və 307 kq 899 qram məhlulu, 148,555 qram həşiş qətranı, 149 həb preqabalin güclü təsir edən maddəsi, 158 həb buprenorfin psixotrop maddəsi, 796 ədəd Libro-C həbləri, 12 ədəd çətənə bitkisi, 362 ədəd xaş-xaş bitkisi, 117 ədəd tam və 9 ədəd yarım narkotik vasitələrə aid olmayan həblər, 2 ədəd kağız, 2 ədəd alət, 6 ədəd şüşə kolba, 1 ədəd şüşə boru, 2 ədəd əzılmış butulka, 2 ədəd qara rəngli boru və 1 ədəd plastik qab naturada məhv edilib.

Qeyd edilib ki, 2022-ci ilin iyul ayından 2024-cü ilin sonunadək muxtar respublikada müsadirə edilmiş narkotik vasitələr yandırılıb.

www.yenicag.az

70
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv