Naxçıvanın yeni rəhbəri: “Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - VİDEO

media-hightechnic-468x90

“Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Prezidentin Naxçıvana yeni təyin edilmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək:

“Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

Daha ətraflı videomaterialda:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600