!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanla sərhəddə qaldırılan ABŞ bayrağı: İrəvanın bu addımı nə ilə nəticələnəcək? - ŞƏRH

!Reklam – Yazi

“Zavodda Amerika bayrağı dalğalandırmaqla Azərbaycanı dayandıra biləcəklərini sanırlar”.

Bunu Arazdəyəndə inşa edilən metallurgiya zavodunda ABŞ bayrağının qaldırılmasının Ermənistan üçün gələcək nəticələrindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib. O bildirib ki, Ermənistanın bu addımı atmaqda iki məqsədi var:

“Birinci məqsədi Azərbaycanın delimitasiya məsələsi kontekstində müəyyən yüksəklikləri ələ keçirməsinin qarşısını almaq, sərhədlərin delimitasiya və demarkasiya məsələlərini manipulyasiya etməkdir. Bu, Ermənistanın delimitasiya və demarkasiya məsələsinin həllində maraqlı olmadığını göstərmir. Sadəcə müəyyən yüksəkliklərin və sahələrin Ermənistan ərazisi olaraq qalmasını istəyir.

Ermənistan zavodda ABŞ bayrağı dalğalandırmaqla Azərbaycanı dayandıra biləcəyini sanır. Ancaq zavodun öz rəhbərliyi belə paylaşım edib ki, bu addım Azərbaycanı dayandırmayacaq. Amerika bayrağı olmur, istər bütün dünya ölkələrinin bayrağı olsun, Azərbaycan dayanmayacaq. Çünki rəsmi Bakı proseslərin bu cür ucuz cəhdlərlə uzadılmasının əleyhinədir və səbr nümayiş etdirməyəcək. Prezident İlham Əliyev dəfələrlə öz çıxışında daha gözləməyə səbrimizin olmadığını bəyan edib.

Ermənistan hakimiyyətinin əsas hədəfinin Qərbə inteqrasiya olduğu hər kəsə məlumdur. Həmin zavodda Amerika bayrağını qaldırılması Rusiyaya verilən mesajdır – yəni biz burada Amerika bazasına da icazə verə bilərik. Rusiya isə hələ ki Ermənistanın bu addımına reaksiya verməyib, Ermənistanı qıcıqlandırmamaq və məsələnin böyük bir şey olmadığını göstərməyə çalışır. Ancaq cavab veriləcək.
Rusiyanın cavabı Ermənistan ordusunda özünə bağlı şəxsləri təlimatlandıraraq Azərbaycan sərhədində təxribatlar törətmək ola bilər. Yəni münaqişəyə təhrik edərək Azərbaycanın Ermənistanı cəzalandırmasını Rusiyanın cavabı kimi qiymətləndirmək olar.

Azərbaycanın hazırda əsas məqsədi demarkasiya-delimitiasiya məsələlərinin həlli, sülh müqaviləsinin imzalanmasıdır. Bu məsələlər xaricində baş verənlər bizi maraqlandırmır və bu cür ucuz gedişlər bizi hədəfimizdən yayındırmayacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv