!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazarbayev nüvə silahından imtina etdi

!Reklam – Yazi

Qazaxıstan nüvə silahının qadağan edilməsi barədə müqavilə imzalayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Sənəd 2 mart tarixində, Qazaxıstan Respublikasının BMT-yə daxil olmasının 26-cı ildönümündə imzalanıb.

Məlumatda bildirilir ki, saziş 9 yanvar 2018-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin göstərişi ilə Qazaxıstanın BMT-dəki rəsmi nümayəndəsi Kayrat Umarov tərəfindən imzalanıb.

Nüvə silahının qadağan olunması haqqında qərar 7 iyul 2017-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qəbul edilib.

Qeyd edək ki, analoji müqaviləni 56 dövlət imzalayıb, onlardan 5-i tədqiq edilib. Qazaxıstan isə bu addımı ilə 57 -ci ölkə oldu.

Xatırladaq ki, daha öncə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Şimali Koreya dövlətini nüvə silahı olmadan da inkişaf edən Qazaxıstandan nümunə götürməyə dair çağırış etmişdi.

COP29

www.yenicag.az

2287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv