Nazarbayevin qohumu 12 il müddətinə həbs edildi

media-hightechnic-468x90

Almatı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının keçmiş həyat yoldaşı Gülmirə Satıbaldıya hökm oxuyub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məhkəmə onu əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edib. O, özbaşınalıq, hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirli bilinib.

Gülmirə Satıbaldının şəriki Madi Batırşaeva isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Gülmirə Satıbaldı 2023-cü ilin may ayında biznesi ələ keçirmə və adam oğurluğu maddələrinə görə 7 il müddətinə həbs edilmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05