Nazim Əhmədli: “İnsan dünyaya 6 dəfə gəlir“

media-hightechnic-468x90

fffffffff“Günəş sistemi xüsusi şəkildə yaradılıb”

Nazim Əhmədli: “Dağların, dənizlərin altında, Ayda Marsda və digər planetlərdə müxtəlif yadplanetlilərin bazaları var. Yəni bəşəriyyət tam olaraq onların nəzarəti altındadır”

“Anunakların gen mühəndisləri həmçinin kentavrlar, minotavrlar, (heyvanbasil, quş başlıinsan bədənli canlılar , yaratmışdılar”

İnsanın heç bir zaman cavab verə bilmədiyi suallardan biri təbii ki, yaranışın hardan gəlməsi, insanın özünün və canlı cansız dünyaların necə yaranmasıdır. Bu mövzu ətrafında müzakirələr hər zaman olub və yəqin ki,insan bu planetdə var olduqca davam edəcək. Və təbii ki, insan bu sualların cavabını verdikdən sonra artıq kainat haqqnıda bütün biliklərə sahib olacaq. Amma o gün olacaqmı?..

Sirli və parallel dünyalar barədə ilk həmsöhbətimiz tanınmış şair-publisist Nazim Əhmədlidir. O, ədəbiyyata səksəninci illərdə gəlib. Moskva Maksim Qorki adına Ədəbiyyat İnstutunun poeziya bölməsini bitirib. Şeirləri ölkə mətbuatında müntəzəm olaraq çap olunur.Yeddi kitab müəllifidir.Şerləri bir neçə dildə tərcümə olunub.Azərbaycan Yazıçılar Birliyinin Ədəiyyat Təbliği Bürosunun direktoru vəzifəsmndə işləyir.Eyni zamanda Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Hərbi jurnalist kimi Qarabağ münaribəsində iştirak edib.

Nazim müəllimin ən böyük hobbilərindən biri isə ufologiyanı öyrənmək və paralel dünyaları araşdırmaqdır.

Birinci söhbət

– Nazim müəllim öncə bir suala cavab verməyə çalışaq. Ufologiya nədir?

– Ufologiya barədə çox yazılıb.. Ufologiyaulduz sistemlərini,yadplanetliləri,parallel dünyaları öyrənən elmdir. Azərbaycan Milli Aerokosmik Agentliyinin “Planetin kosmik monitorinqinin elmi əsasları” sektorunun müdiri, BMT-nin nəzdində Beynəlxalq Enerji-İnformasiya və İnformasiologiya akademiyalarının akademiki, astrofizik-ufoloq Fuad Qasımov isə bu fikri təsdiq edənlərdən bri olub.Onun dediklərinə görə – Hind rəvayətlərində, onların fəlsəfəsində belə bir fikir var ki, insan dünyaya 6 dəfə gəlir. Buna reinkornasiya deyilir.İnsan dünyasını dəyişəndən sonra onun ruhu başqa bədənə keçir. Əvvəllər buna şək-şübhə edirdilər. 60 ildir ki, ufologiya elmi yaranıb və belə bir qənaətə gəlinib ki, rəvayətlərdə deyilənlər doğrudur. Məsələ burasındadır ki, dünya böyük partlayışdan əmələ gəlib. O nöqtənin də ölçüləri 10 üstü mənfi 33 sm-dir. O daha da sıxıla bilərdi. Amma sıxılmayıb, daha da genişlənməyə başlayıb. Genişlənməklə birinci paralel dünya, yəni ruh dünyası yaranıb. İkinci mərhələdə, atom molekulları yaranıb. Atom molekulları əsasında canlı varlıqlar meydana çıxıb.Bundan sonra ilk olaraq paralel dünya yaranıb. Yəni maddi dünya çox-çox sonradan yaranıb. Bu, Bibliyada da, Quranda da, bütün müqəddəs kitablarda da öz əksini tapıb. Allahın adı ilə belə bir fikir verilib ki, guya Allah dünyanı 6 günə yaradıb. Bu fikirlə də bir çoxları razılaşmır ki, dünya 6 günə yarana bilməz və sairə. Amma indi alimlər belə bir qənaətə gəliblər ki, bu fikir də düzdür. Keçən əsrin əvvəllərində Eynşteyn belə bir ideya irəli sürüb ki, müxtəlif sistemlərdə vaxtın, zamanın öz gedişi var. Yəni bizim zamanla paralel zaman arasında fərq var. Bu başqa bir söhbətin mövzusudur.

İnsanların kainatla maraqlanması, yaranşın səbəbini, ilkin başlanğıcı bilmək istəməsi ən qədim zamanlarda da, orta əsrlərdədə, həmçinin müasir dövrümüzdə də olub, olacaq və bu təbiidir. İlkin yaranışın sirrini öyrənmək müasir dövrümüzdə bəşəriyyətin əsas qlobal məsələlərdəndir. Elmi Texniki Tərəqqinin inkişafında, insanların şüur səviyyəsinin yüksəliş dövründə İslam dininin köməkliyi ilə bu suallara cavab tapmaq olur. Yəni, «Qurani Kərim»də “Rəbbimiz bütün aləmləri yaratdı”. Minlərlə aləm və minlərlə Adəm yaratdı.“Bütün aləmlər” dedikdə, kainatda olan bütün sistemlər nəzərdə tutulur.və hər şeyin Allah tərəfindən yaradıldığı bildirilir. Kainatın bütün qanunları «Qurani Kərim»də bu və ya digər şəkildə ifadə olunur. Sadəcə bir çox ayələr bizim üçün hələ açılmamış sirrdir. Burdan da belə çıxır ki, Yer kürəsi kainatda olan tək canlılar yaşayan planet deyil. Bizdən başqa da kainatda minlərcə canlılaryaşayan aləmlərvar?Quran mütəxəssisləri bəzi ayələrin təfsirində yazmışlar: “Mümkündür ki, Allah səmalarda yerdəkilərə bənzər canlılar yaratmışdır və yerdəki canlılar gəzib-dolaşdığı kimi, səmanın sakinləri də orada gəzib-dolaşır, ömür sürürlər” (Əbdülğəni əl-Xətib – “Quran və bugünkü elm”, səh. 229-232).

Nəsimi öz qəzəllərində “on səkkiz min aləm” ifadəsini xüsusi ədəbi və məna çalarları ilə işlətmişdir:

On səkiz min aləmə ayinə oldu surətin,
Çar ənasir surətində şəkli-insan göstərir.

Və ya:

Ki nişan içrə binişan mənəm uş,
On səkiz min cahana can mənəm uş!

Amma bəzi elm adamları sübüt eləmək istəyir ki, kainatda yeganə canlı bizik. Mən bu nəzəriyyəni tamamilə yalan və boş hesab edirəm. Ufologiya məşğul olan bəzi alimlərisə onu da isbatlamaq istəyirlər ki, Günəş sistemi xüsusi şəkildə yaradılıb . Yəni o da Uca Allahın yaratdığı yüksək şüurun yaratdıqlarının yaratdığıdır.

– Əgər Günəş sistemi xüsusidirsə, onu yaradanlar kimlərdir və nə üçün?

– Azər bəy, bizim söhbətin mövzusu ilə əlaqədar verdiyamiz suallar və cavablar təbii ki, tədqiqatçı alimlərin araşdırmalarınada bəhrələnir. Bir də hər şey Allahın əmri ilə yaranıb. Günəş sistemində hər şey fizikanın qanunları ilə yaradılab.Tədqiqatçıların fikrincə başqa sistemləri hamısında bu dəqiqlik yoxdur.Təbii ki,onu quran qüvvənin arxasında Uca Yaradan durur.Bu hesablanmış bir layihə olub.Tədqiqatçıların fikrinə görə Yer kürəsi bir plantasiyadır, ruhlar insanlarla gəlir,yetkinləşmə dövrünü keçir, kamilləşir, hansı yaşdan asılı olmayaraq, ixrac olunur başqa aləmlərə, planetlərə və paralel dünyalara. Burda kamilləşən ruhlar öz enerjilərini başqa planetlərdə davam etdirirlər. Amma heç də bura göndərilən ruhların hamısı burdan başqa aləmlərə gedə bilmir. Niyə? Çünki, Yer kürəsində seçim olunur. İşıqlı ruhlar yeni aləmlərə göndərilir və orda daha təkmilləşirlər, qaranlıq ruhlar isə sadəcə bu dünyada məhv olurlar. Cəhənnəm dediyimizdə elə budu. Qaranlıq ruhlar bu dünyada ölür, İşıqlı ruhlar isə başqa planetlərə, qalaktikalara ixrac olunur. Qurani Kərimdə “Yasın” surəsində Allahın adından deyilir ki, “bütün nəfslər sonda mənə dönəcək”.(kulli şeyin ba ileyhin tərcəun)(innə lillah va innə ileyhi nərcəun))Allahın yaratdıqları sonda Ona dönəcək. Hər şey bir nöqtədən başlayır və oraya dönür. Alimlər də kainatın bir nöqtədən başladığını deyirlər. Dünyanın dağılmasına gəlincə, kainatda yeni partlayışların olması istisna olunmamalıdır. Dnya dağılıb yenidən yarana bilər və bu sir ancaq Allaha məxsusdur.. Bəlkə də o zaman bizim planet və onun canlılarını başqa cür xəlq ediləcək. Allah 1 dəfə yaradıbsa 5 dəfə də yarada bilər. Qurani Kərimdə də var ki, Allah həmişə var, həmişə də olacaq.

Bildiyimiz kimi, Yer kürəsində keçmiş sivilizasiyaların qalıqları var. Yer kürəsində bir çox sivilizasiyalar olub ki, onların səviyyəsi yüksək olub. Yerüstü sivilizasiya inkişaf səviyyəsinə kainatdakı yüksək inkişaf mərhələsinə çatmış sivilizasiyalarla nisbət də ortagan bir as aşağıdır. Ona görə də paralel dünyalardakı inkişaf bizim inkişafla müqayisə belə oluna bilməz. Tədqiqatçıların fikrincə İndinin özündə də bizdən daha güclü, daha səviyyəli sivilizasiyalar var ki, onlar bizdən çox yüksək 1000 və 1000000 dəfə üstünlüyə malik sivilizasiyalardır və onlar kainatı nəzarətdə saxlayır, idarə edirlər. Onların daha güclü texnologiyaları var. Eyni zamanda dağların, dənizlərin altında, Ayda Marsda və digər planetlərdə müxtəlif yadplanetlilərin bazaları var. Yəni bəşəriyyət tam olaraq onların nəzarəti altındadır.

– Bizim sivilizasiya onların sivilizasiyasından nə ilə fərqlənir? Yəni bizdəki Elmi Texniki Tərəqqi ilə onların inkişafı arasında hansı eynilik və ya fərq var?

– Bizim sivilizasiya orta inkişaf dövründədir. Bizdən aşağı və bizdən yuxarı, yüz, min, milyon dəfələrlə yuxarı inkişaf dövründə olan sivilizasiyalar da var. Bunlar mələklərin və şeytanların sivilizasiyaları ola bilər. İnsanları qəlbinə girən , yalnış yola yönəldən də həmin bu şeytan sivilizasiyalarıdır.

– Bu sivilizasiyaları necə fərz etmək olar? Tutaq ki, şeytanların sivilizasiyalarında hər şey günahdırmı, yoxsa necə?

-Tədqiqatçıların fikrincə üst sivilizasiyadır. Belə olmasaydı onlar bizə təsir edə bilməzdi, onlar başqa ölçülü dünyalardadırlar.Bu sivilizasiyalardan bizə gəlmək onlar üçün çox asandır. Bizim bildiyimiz 3 ölçülü dünyadır, amma tədqiqatçılar deyirlər ki,kainatda 12 ölçü var. Bizinm Yerüstü dünya bu ölçülərin hər birinə bəlkə də 1000 ildən, 10000 ildən sora inkişaf edib çata bilərik.

– Yer üzündə dinlər var ki, məsələn brahmanizm, buddizm və başqa dinlər, təlimlərində öyrədirlər ki, insan ruhu kamilləşmək üçün başqa planetə köçür, yaddaşı silinir və yenidən ruhu təmizlənəndən sora başqa aləmlərdə yaşamaq haqqı yaranır. İslam dini bu fərziyyələri qəbul etmir. Sizin fikrinizcə hansı daha doğrudur?

– İslam dini dinlərin sonuncusu və ən mükəmməlidir.Bu dindəki bütün əlamətlər, bütün deyimlər doğrudur.Çünki, Qurani Kərim Allah tərəfindən Məhəmməd (s.a.v) peyğəmbərə vəhy olaraq göndərilib.Mənə elə gəir ki, indiki ufologiya elminin də bəzi hissələri islamda olan bəzi məsələlərlə düz gəlir.Amma bu da bir faktdır ki, Tanrı özünün və kainatın sirrlərini bizə sonuncu din vasitəsi ilə belə açmadı.Niyə? Çünki bu dünyada yaşayan insanlarhələ kamilləşməyiblər.. Bir anlıq təsəvvür edin ki, səlib yürüşünə çıxan və müsəlmanları məhv eləməyi məqsəd bilən cəngavərlərin əlində nüvə silahı vardı, ya da əkçinə.İndi Səlib müharibəsi aparanların əlində o silahdan var.Ancaq o silahlardan indi istifadə emirlər.Deməli insanlar kamilləməyə dogru gedir. Ona görə də islam dini sonuncu din olsa belə kainatın sirrlərini özündə ancaq qismən ifadə edir. Bu da təbiidir.

– Yəni insan əgər kamil idisə, onun dinə nə ehtiyacı vardı?

Bəli. Din ona görə var ki, insan hələ tam kamilləşməyib. Qədimdə onlar bir birini qırırdılar, hər kəs istədiyini edirdi.Allah yolladığı dinlər vasitəsi ilə onlara qanunlar yolladı.Yəni hər bir din özü-özlüyündə Allah tərəfindən yaradılan bir konstitusiyadır.Ona görə ki, insanlar inkişaf səviyyələrinə görə doğru yolda olsunlar, müharibə edib bir- birini qırmasınlar, günah işlər etməsinlər, nemətləri paylaşsınlar, dünyada hər şey bərabər olsun, bu planeti qorusunlar.İslam bərabərlik dinidir. Əhli- kitabdan digər dinlərdə bəşəriyyəti insanları sülhə barışığa çağırır.

– Sizcə bu gün Yer kürəsindəki hazırki sivilizasiya bu günə qədərki bütün sivilizasiyalardan ən yüksək olanındamı, yoxsa əksinə? Yəni bizim inkişafımız dala inkişaf edir, yoxsa simmetrik ardıcıllıqla irəli?

– Yer kürəsindəki əvvəlki sivilizasiyalar haqqında dəqiq informasiyalar yoxdur. Ancaq müəyyən mənada tutaq ki, Misir ehramlarında, bir çox qədim məbədlərdə indiki müasir texnikanın şəkilləri var, hardandı bunlar? Bu yaxılarda kanalların birində bir verlişə baxırdım, Çində qədim zamanlardan qalmış bir qəbir aşkar olunmuşdu və qəbirdən İsveçrə istehsalı olan bir saat çıxmışdı.Deməli həmin qəbirdə olan insan hələ diriykən zamana səyahət edib. Zamana səyahəti də yalnız yüksək sivilizasiyanın nümayəndəsi edə bilər. Keçmişdki rəsmlərdəki qara eynəkli insanlar palaroid fotoaparatla çəkilmiş kimidir, filmlərdə fantaziyalar hamısı gerçəkdir, insanin fantaziyaları, bütün fantaziyalar hamısı gerçəkdir. Qədimdə insan fantaziyasında uçan xalça vardı, indii isə raket və kosmik gəmiləri var. Bəli, uçan xalça kimi texnologiyalar olub. Qədim Hindistanda uçan “imar”lar olub, kainatın müxtəlif nöqtələrinə gedib gəlidilər. Onlar nə ilə işləyib bilinmir.alimlər hələ tapa bilməyiblər. Tədqiqatçılar yazırlar ki, bizdən əvvəlki sivilizasiyalardan olan Anunakların(anunaklar kainatdan gəlmələr-yəni yadplanetlilər olublar) atom bombası olub. Anunaklar bura başqa bir planetdən gəliblər. Mesopotamiyada 150 min il qızıl qazıb çıxarıblar, toz şəklinə salıb öz planetlərinin ətrafına səpiblər ki, həmin planet məhv olmasın. Onların gen mühəndisləri bir çox əcaib canlılar yaratmışdlar.

Bəzi tədqiqatçılar ilk insan tipinin də onların tərəfindən meymunlarla özlərinin genlərini hibrid edərək yaratdıqlarını bildirirlər.. Yəni bu da bir fərziyyədir. Gen mühəndisləri həmçinin kentavrlar, minotavrlar, (heyvanbasil, quş başlıinsan bədənli canlılar , yaratmışdılar. Sonra həmin yaratıqlar onları yaradanlara doğru qayıtdılar ki, onu məhv eləsinlər, amma özləri özləri məhv oldular.Çünki heç bir yaradılan öz yaradıcısını məhv eləməyə qadir deyil. Həmin xaos dövründə Anunaklar Yer kerəsini suya qərq edib getdilər.Sonra geri gəlib insanlara kömək də etdilər.

Bir şey idə qeyd eləyim.Əgər biz belə davam etsək, planetə dayanmadan ziyan vursaq, təbii sərvətlərdən düzgün istifadə etməsək, əlbəttə Allahın bizə qəzəbi tutuacaq. Çünki bizim səhvinkişafımız təbiətin harmoniyasını pozur. İndi biz texnogen inkişaf mərhələsini yaşayırıq.Amma bu inkişafın Yer kürəsinə verdiyi ziyan daha böyükdür. Xüsusilə neft ehtiyatları tükənir, digər minerallar heç bir gərək olmadan məhv edilir. Çünki texnogen inkişaf bunu tələb edir.Amma təbiətdə çoxlu enerji mənbələri var ki, bizim onlardan xəbərimiz belə yoxdur və bizim bu enerji mənbələrinidən istifadə etmək üçün heç bir texnikayə ehtiyacımız yoxdur.Ona görə də texnika bizi məhvə aparan. Yəni bizim yaratdıqlarımız. Faktiki olaraq Elmi Texniki Tərəqqi insanlığın və bu planetin intihar silahıdır. Hər yeni texnologiya yaratdıqda biz bir addım daha intihara doğru irəliləyirik. Amerikada Yerə ziyanı olmayan alternativ enerji mənbələri var, başqa sivilizasiyalardan alıblar. Bu yaxınlarda Bizim Yol qəzetində müəllif Gülnarə Rəfiqin bir yazısını oxudum.Diqqətimi çəkdi.Bir parçanı təqdim edirəm: 2013-cü il 29 aprel – 3 may tarixində Kanadanın keçmiş müdafiə naziri Pol Xellye sensasiyalı etiraf etdi. Həmin tarixdə Vaşinqtonda «Sirrlərin açılması üzrə vətəndaş dinləmələri» adı altında konfrans keçirilirdi. 10 ölkəni təmsil edən tədqiqatçılar, siyasi liderlər, ictimai fəallar, keçmiş hərbçilər, cəsuslar Kalumbiya dairəsi ABŞ Konqresinin 6 keçmiş üzvünə şahid ifadələri verirdi. 30 saatdan artıq sürən bu konfrans Konqresin keçmiş üzvlərinin iştirakı ilə baş vermiş böyük ictimai hadisəyə çevrildi.Burada yerdən kənar sivilizasiyaların olması, yer üzünə dəfələrlə səfər etməsi və insanların həyatına müdaxiləsi barədə təkzibedilməz faktlar səsləndirildiyindən böyük tarixi hadisəyə çevrildi. Çünki Uçan Naməlum Obyektlər (UNO) barədə ortaya çıxarılan bütün sənədlər və faktlar ciddi sayılmır və əksəriyyəti qondarma olduğundan nüfuzlu konfranslarda səsləndirilmirdi.

Səslənən bütün nitqlər içində keçmiş nazir Pol Xerrlyenin çıxışı xüsusi diqqətə layiq görüldü. O, yadplanetlilərə inama necə gəldiyindən danışdı. Vəzifələrdə çalışdığı müddətdə qazandığı nüfuzu hesabına indi o, yadplanetlilər barədə açıq-aydın söhbətlər aparır və yadplanetlilərdən alınmış texnologiyalar sayəsində alınacaq təmiz enerjidən danışır: «Mən inanıram ki, bu texnologiya artıq yer kürəsində var. Amma o, böyük sirr kimi saxlanır ki, neft sənayesi öz trilyonluq gəlirlərindən məhrum olmasın».

– Niyə istifadə etmirlər? Bəlkə ona görə ki, həmin enerji mənbəyini ortaya qoysa artıq ABŞ super dövlət olmayacaq? Və ən əsası Amerikalı biznesmenlər pul qazana bilməyəcəklər? Yer planetində hamı pul qazanmaq istəyir. Məncə bu xəstəlikdir. Əslində ən doğru olan hər bir canlı təbiətdən öz ehtiyacını almalıdır. Necə ki, hamı bərabər şəkildə havadan istifadə edə bilir, eyni şəkildə də digər nemətlərdən də təbii şəkildə ehtiyacını öədədiyi qədər istifadə etməlidir.

Doğrudur. Amma dünyanı yönləndirənlər pul qazanmaq istəyirlər. Pul qazanmaqla da dünyanı yönlədirilər. Çünki mənim pulum olmadığı üçün onun puluna ehtiyacım olur. Ona görə də düynanı yönəldən qurumlar həmin enerji mənbələrindən istifadə etmək istəmirlər. Dünyanı idarə etmək istəyirlər, amma bunun əvəzinə ekoloji tarazlığı pozurlar, Bizi idarə edənlər isə sadəcə nəzarət edirlər ki, insan özü kamilləşsin.

– Nazim müəllim belə götürək: Allah və din. Bunları bir- birindən ayıranda nə olar?

– Allah dinlərin hamısından yüksəkdədir. Əgər sənin kamilliyin yetərlidirsə Allahı dərk etmək üçün, sənin dinə ehtiyacın yoxdur.Sən o dinlərin yanındasan, üstündəsən.

– Amma heç bir din xadimi bunu qəbul etmir. Onlar deyir ki, İslam sonuncu dindir, heç kim özünü bu dinin üstündə görə bilməz və qiyamətə qədər bu din var olacaq.

Qiyamət günü Allahın sirridi. Heç kim qiyaməti gedib görməyib, heç kim də oradan qayıtmayıb. Gəlin bu nöqtəyə toxunmayaq. Allahu Təala qiyamət gününü yalnız özü bilir. Bəyəm qiyaməti bizə gösətməyib? Qiyamət Məkkədə də olub, Kərbəlada da, Qarabağda da. Dünyada hər gün qiyamətdir. Dünya müharibələri elə qiyamət idi. Hamısı da bəşəriyyətin mənfi enerjili insanlarının əməllərinin nəticəsi idi. Dünyanı idarə eləmək, torpaqlara göz dikmək buna gətirib çıxarır.İndi isə dünyanı iqtisadiyyatla idarə edirlər. Məsələn, masson qrupları var.

-Massonluqla sizin dediyiniz üst sivilizasiyaların hər hansı birinin əlaqəsi ola bilərmi? Sizcə massonlar mənfi enerji sahibi insanlardır?

– Ola bilsin ki var. Təbii ki, mənfi də demək olmaz. Dünya iqtisadiyyatını, demək olar ki,onlar idarə edir, çox güclü cəmiyyətdir. Onlarla bağlı elə də ətraflı bilgiyə sahib deyiləm. Sadəcə eşitmişəm ki, massonlar var, kabbalistlər var, onları da ola bilsin yüksək sivilizasiyalar idarə edirlər. Bu bir fərziyyədir. Amma fakt odur ki, kağız pulun çıxması massonlarla bağlıdır. Dünyanı daş-qaşla yox , kağız pulla idarə edirlər. Kağız pul elə sistemlə idarə olunur ki, hər şeyi bu kağızla almaq olur. Dolları Amerikada şəxsi şirkət istehsal edir. Bəzi hallarda maliyyə böhranları olur, bu da hamısı düzgün idarə olunmamaqdan yaranır. Qloballaşan dövrdə dünya iqtisadiyyatını idarə etmək çox çətin bir məsələdir. Dünya iqtisadiyyatı bir-birindn asılıdır, bu asılılıq aradan qalxarsa, vahid pul yaransa, vahid sistem olsa dünyanı gələcəyə aparan xoşbəxt bir yol ola bilər. İnsanların şüurunda yenilik olmalıdır.

– Sizin dediyinizlə Stalin də, Hitlerdə, Mao da göyün əmri ilə doğulub və ölüb?

– Zülümkarlar da Göyün əmri ilə doğulub, ölür. İnsan orqanizmində xəstəliklər olduğu kimi, məsələn qrip, çiban nəyisə təmizləyir. Həmin insanlar da o xəstəliklər kimi gəlirlər. Zülm və pislikləri gətirirlər. Onlar bəzən səhv, bəzən də düzgün qərarlar verirlər. Dünyada lənətlənmiş insanlar da var. Məsələn Tamerlanın qəbrini qazdilar müharibə başladı.

– Niyə siz məhz belə hesab edirsiz ki müharibənin başlanması bununla bağlıdır, siz Teymurləngi niyə lənətlənmiş hesab edirsiz? Stalin, Hitler ondan daha qəddar olub, Siz Stalinin və ya Hitlerin xidmətlərindən danışırsınız, amma Teymurləngin xidmətlərini də danmaq olmaz.

– Öz iddiaları naminə insan qanı axıdan bütün sərkərdələr, bütün padşahlar lənətləniblər. Çünki, Allahu Təala insanı özü yaradıb və ancaq O da öldürə bilər. Məhəmməd Füzuli deyir ki :

Canı canan yaradıb verməmək olmaz ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Allahın verdiyi canı başqası ala bilməz, alırsa bu təbiətdə zorla öldürmək qanunudu. Təbiətdə zorla öldürmək qanunu yoxdu. Görürsünüz təbiətdə vəhşi heyvanlar adətən xəstə heyvanları yeyir. Ancaq insan həm təbiəti dağıdır, həm də yeməklə, qidalarla öz orqanizmini məhv edir, özünü qocaldır. AllahTəala insan orqanlarının hamısını ona əmanət şəklində verib. Sən onları xəstələndirmə. Qurani Kərim buyurur ki, günah işlər görmə. Oğurluq etmək, başqasının malına göz dikmək və adam öldürmək bu dünyada ən böyük günahlardandır.

– Əgər birisinin ehtiyacı olduğundan oğurluq edirsə, yada ki, xalq məsəlinə görə “oğrudan oğruya halaldır” kimi bir durum varsa?

Amma ki, biri kasıbdısa, digəri də varlıdan oğurlayıb ona verir ki, qoy yaşasın, bu günah deyil.

– Niyə Allah şeytanın bu əməllərinə icazə verir? Bu suala bir daha qayıtmaq istəyirəm. Şeytan sivilizasiyasını bizdən üst sivilizasiya kimi qəbul etsək, bu sivilizasiya tam günahlardanmı ibarətdir? Dindarların dediyi kimidirsə, yəni Allahın şeytana ehtiyacı yoxdursa, bu müqavilə nəyə görədir və mənim burada günahım nədir, mən niyə şeytanın qurbanı oluram? Bu mövzunu dindən kənara çıxaranda bu sual yaranır. Dində deyilir ki, “Allah şeytanı ona görə göndərib ki, ya sən sınaq yeri olan dünyada Allaha sədaqatini subut edib cənnətə gedəcəksən, ya da şeytana uyub cəhənnəmlik olacaqsan”.

– Allahın şeytana heç bir ehtiyacı yoxdur. O da onun yaratdığıdır. Amma, Qurani Kərimdə də var ki, Allah Təala bəzi şeyləri şeytanın öhdəsinə verib. Pis olmasa yaxşının qədri bilinməz. Tədqiqatçılar deyirlər ki, Şeytan sivilizasiyası tam günah deyil, onlar da bir cəmiyyətdir. Ən əsası odur ki, biz kainatda tək deyilik. Biz kainatdaki sivilisasiyalar vasitəsilə qorunuruq, çünki Yer kürəsini dağıtmaq istəyən, bura sahib olmağa çalışan sivilizasiyalar da var. Elə sivilizasiyalar var ki, planetləri məhv olub göydə avaraçılıqla məşguldurlar, özlərinə yer axtarırlar yaşamağa. Dəfələrlə Yer kürəsinə gəlib gedirlər, insanları oğurlayıb üzəində eksperiment aparırlar ki, öz obrazlarını insanabənzər etsinlər. Amma Yer kürəsini Allah yardımı ilə yaradanlar planetimizə gələn böyük meteoritlərin də, məkr məqsədilə gələn başqa sivilizasiyaların da qarşısını alırlar. Elə ölçülüb ki, günəş sistemi planetləri, həmçinin də Yer kürəsi 3.5- 4.5 milyard il bundan sonra yaşayacaq. Bu müddətdən sonra əgər Günəş sistemi məhv olarsa, boşlugu yeni sistem tutacaq.Çünki, sonsuz kainatda boşluq yoxdur. Sadəcə bir qalaktika məhv olur, digəri yaranır. Necə ki, insan toxumaları məhv olur, yenisi yaranır.İnsan da kainatın bir parçasıdır. Kainatin daxilində proseslər gedir, müəyyən ulduzlar yaranır, dəyişikliklər olur. Hamısı da bir- birinə keçid edir.İnsan kimi dogulma və ölmə prosesləri kainatda hər zaman olub, olacaq. Yer kürəsi də, Günəş də əvəz ediləcək. Hər şeyin bir inkişaf mərhələsi, bir sonu var.Başqa bir şey də var ki bizdə, Yer kürəsində həyat spiralvaridir, bizim həm eyni zamanda keçmişimiz, indimiz həm də gələcəyimiz var. Başqa- başqa ola bilsin dünyalar var ki, biz orada gəncliyimizə, qocalığımıza, uşaq dövrümüzə gedib çıxa bilərik, zamana səyahət edə bilərik.
Ardı var…(pia.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600