!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavini ölkədə dərman qıtlığının iki əsas səbəbini açıqladı

!Reklam – Yazi

Dərman vasitələrinin ölkəmizdə qıtlığının bir çox səbəbləri var.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, burada səbəblərin əsas ikisi mühüm əhəmiyyət kəsb edir: “Bunlardan birincisi beynəlxalq bazarlarda baş verən qeyri-stabillikdir. Rusiya-Ukrayna arasında olan hərbi əməliyyatlar, enerji daşıyıcılarının bahalaşması və s bütün sahələrdə olduğu kimi dərman vasitələrinin istehsalına da mənfi təsirini göstərir. Bəzi hallarda istehsalçılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir və ya gecikdirirlər. Son zamanlar dünya bazarında olan stabilləşmə bizə imkan verir ki, yerli idxalçılar etibarlı təchizat zəncirini təmin etsinlər. İkinci əsas məsələ hazırda qüvvədə olan qanunvericiliyin günün tələblərinə cavab verməməsidir. Hesab edirik ki, qanuna düzəlişlər qəbul olunarsa, qeydiyyat prosesi sadələşəcək və sürətlənəcək”.

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv