Nazir müavini: "Türk dünyasının mədəni inteqrasiyası Prezident İlham Əliyevin prioritet istiqamətidir"

media-hightechnic-468x90

 Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda Türk dünyasının birliyi və elmi gələcəyi ilə bağlı mühüm bəyanatlar səsləndirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın keçirildiyi əzəmətli “İsmailiyyə” sarayının rəmzi önəminə diqqət çəkib. O bildirib ki, 100 il əvvəl 131 ziyalının bir araya gəlməsi türk dünyasının ən mötəbər intellektual hadisəsi idi:

“Bu gün burada toplamağımız yalnız tarixi xatırlamaq deyil, həm də o dövrdə başlanmış intellektual ənənəni davam etdirmək əzmimizin ifadəsidir. Birinci Türkoloji Qurultay modernləşmə prosesində türk xalqlarının özünəməxsus kimliyinin qorunmasını elmi əsaslarla müzakirə edən böyük bir hadisədir”.

Fərid Cəfərov vurğulayıb ki, türk dünyasının mədəni inteqrasiyası Prezident İlham Əliyevin daim xüsusi diqqət yetirdiyi prioritet sahədir. Nazir müavini dövlət başçısının müvafiq sərəncamları ilə Qurultayın yubileylərinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladıb:

“Cənab Prezidentin dəstəyi ilə Türk Dövlətləri Təşkilatının formalaşması və digər ortaq qurumların təsis edilməsi bu gün siyasi, mədəni və ədəbi əlaqələrimizin onurğa sütununu təşkil edir. Mədəniyyət, həmçinin Elm və Təhsil nazirlikləri tərəfindən hazırlanan tədbirlər planı çərçivəsində ortaq türk mədəniyyətinin araşdırılması üçün üçün yeni elmi layihələr, nəşrlər və sənədli filmlər ərsəyə gətiriləcək”.

Müasir çağırışlara toxunan F.Cəfərov qeyd edib ki, rəqəmsallaşma və süni intellekt mədəni kimlik anlayışını yenidən formalaşdırır:

“Qurultayın mirası bizə göstərir ki, modernləşmə təkcə zamana uyğunlaşmaq deyil, həm də milli şüurun möhkəmləndirilməsi prosesidir”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05