!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir prezidenti "diktator" adlandırdı - QALMAQAL

!Reklam – Yazi

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovu diktator adlandırıb.

Yenicag.az xəbər verir ki, Kadırov Fransada terakt törədən 20 yaşlı gəncin çeçen əsilli olmasını təsdiqləyib. Lakin onun cinayət törətməyində  Fransa hakimiyyətinin məsuliyyət daşıdığını deyib:

“Terrorçu Həsən Əzimov Çeçenistan Respublikasında yalnız doğulub, onun baxışları, şəxsiyyət kimi formalaşması fransız cəmiyyətinə aiddir”. 

Kadırovun bu fikirini şərh edən nazir “Biz diktatordan hər hansı nəsihət eşitmək istəmirik!”, deyə bildirib.

Nazirin sözlərini ictimaiyyətə çatdıran “Le Point” nəşri qeyd edir ki, diplomatiyaya zidd olan bu fikirlər siyasi qalmaqala səbəb olacaq.

Məlumat üçün bildirək ki, mayın 12-si Parisdə yoldan keçənlərə qarşı terror hücumu olub. Hücum nəticəsində bir nəfər həlak olub, digəri yaralanıb. Cinayətkar məhv edilib. Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Terroru törədən Əzimov 1997-ci ildə Çeçenistan Respublikasında doğulub. Lakin 2010-cu ildən etibarən Fransa vətəndaşıdır.

Zaur H.

COP29

www.yenicag.az

3384
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv