Nazir sabiq direktora vəzifə verdi

media-hightechnic-468x90

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib.

Yenicag.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib.

Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600