Nazirdən Avropaya çağırış
Avropa Yunan borcuna bir döyüş növü kimi baxmamalıdır.
Yenicag.az xəbər verir ki, bunu Yunanıstanın Maliyyə Naziri Yanis Varofakis mediaya verdiyi müsahibədə bildirib.
Solçuların hakimiyyətə gəlməsindən sonra maliyyə naziri postuna gəlmiş Varufakis, Afinanın qalmaqallı bəyanatlarından sonra Qərbli investorları və siyasətçiləri sakitləşdirməyə çalışır. Bundan əvvəl Varufakis verdiyi bəyanatda Yunanıstanın xarici borcları ilə bağlı Troyka qrupu ilə əməkdaşlıq etməyəcəyini bildirmiş və ölkənin çox milyardlıq borclarının silinməsini tələb etmişdi.
“Bizim almaniyalı dostlarımıza və bütün avropalılara bildirmək istəyirik ki, kiminsə üzərində qalib gəlmək niyyətimiz yoxdur. Biz yaşananlara tərəflərin münaqişəsi kimi baxmırıq. O jurnalistlərdir ki, baş verənləri “Vəhşi Qərbin” döyüşləri kimi qələmə verməyə çalışır. Bu heç də belə deyil”, – deyə Yanis Varufakis bildirib.
Nazirin sözlərinə görə ümumi məqsəd güdən Avropa hökümətləri borcla bağlı Afinayla qarşılıqlı – faydalı razılığa gəlməlidir.