Nazirdən birmənalı açıqlama
Böyük Britaniyanın xarici işlər naziri Filip Xammond Ukraynanın cənub-şərqindəki münaqişənin hərbi həll yolunu görməsə də, hesab edir ki, Ukraynan silahlı qüvvələrinin uğursuzluğuna imkan vermək olmaz. Yenicag.az müsavat-a istinadən bildirir ki, bu barədə o, parlamentdə çıxışı zamanı söyləyib.
Xatırladaq ki, bu arada ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Süzan Rays bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya birbaşa hərbi kömək edilməsinin mümkünlüyünü nəzərdən keçirir. Rays məsələyə baxıldığını demişdi.
İngiltərə isə silah məsələsinin Ukraynadakı situasiyadan asılı olacağını bildirib.