!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Kabinetində kardinal dəyişikliklər: Hansı nazirlərə yol göründü?

!Reklam – Yazi

11 aprel seçkilərindən sonra gözlənildiyi kimi, dövlət idarəetmə mexanizminin yenidən qurulmasına başlanılır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, aprelin 21-də Milli Məclisdə baş nazir təyinatı gerçəkləşdikdən sonra hökumətin sürpriz adların yer aldığı yeni tərkibi bəyan ediləcək.

Qeyd olunur ki, hökumətinn tərkibinin yenidən formalaşdırılması ilə yanaşı, Nazirlər Kabinetinin strukturu da köklü surətdə dəyişdiriləcək. Məlumata əsasən, idarəetmənin çevikləşdirilməsi məqsədi ilə bəzi nazirliklərin ləğvi və ya birləşdirilməsi ilə bağlı ali siyasi rəhbərlik tərəfindən qəti qərarlar alınıb.

İlkin versiyalardan biri budur ki, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, o cümlədən Dövlət Gömrük Komitəsi ləğv olunacaq. Onların funksiyasını isə yeni yaradılacaq Milli Gəlirlər Nazirliyi həyata keçirəcək. Aydın Əliyev və Səlim Müslümovun postunu itirəcəyi, bu nazirliyə Mikayıl Cabbarovun rəhbərlik edəcəyi ehtimal olunur. Ancaq prezidentin dünən imzaladığı ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən, Azərbaycanda bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilib. Eyni zamanda,Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bu isə Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birləşəcəyi yoxsa, Ramiz Mehdiyevin də bir neçə gün öncə dediyi kimi fəaliyyətini digər qurumlarla uzlaşdıracağı dilemmasını ortaya qoyur. Qeyd edək ki, Prezident Adminstrasiyasının rəhbəri fikrini belə izah etmişdi: “Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir”.  

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə artıq ləğv edilib. Bu isə Ramiz Həsənovun artıq portfelsiz qaldığını göstərir. Təbii ki, prezident Gürcüstan azərbaycanlılarının əsas “boss”larından olan R.Həsənovu başqa bir vəzifəyə təyin etməsə.

Əldə etdiyimiz bilgiyə əsasən, mövcud Kabinetin bəzi avtoritet üzvləri öz vəzifələrinə təkrar təyinat almayacaqlar. Onların arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daha bir güc nazirinin də olduğu bildirilsə də, son anda vəziyyət dəyişə bilər.

Seçki kampaniyası dövründə “hədəf taxtası”na çıxarılan xarici işlər naziri Elmar Məmmədyarovun da yola salınacağı gözlənilir. İddialara görə, xarici siyasət idarəsinə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təyin ediləcək. Hətta Süleymanovun artıq Bakıya gəldiyi qeyd olunur.

COP29

www.yenicag.az

5320
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv