Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.
Başqasının pulunu saymaq etik sayılmasa da, gündəm sabiqlərlə çalxalanarkən, onların dövlətdən oğurladıqlarını saya bilməyib rəsmi şəkildə aldıqlarını hesablamaq qərarına gəldik. İllərdir dövlət büdcəsini talayan sabiqlər Səlim Müslümov, Ziya Məmmədov, İsmət Abbasov, Hacıbala Abutalıbov nə qədər pensiya alır?
Azərbaycanda müxtəlif sahələrdə islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirlərinin aparılması geniş vüsət alıb. Yüksək dövlət vəzifəsi tutmuş bir çox məmurların qanunsuz əməlləri, korrupsiya cinayətləri də yenidən gündəmdədir. Səlim Müslümovun həbsi yalnız indi yüksək vəzifə başında olanların yox, sabiq məmurların fəaliyyətinin diqqət mərkəzində olduğu, onların əməllərinin də təftiş olunduğunu göstərir.
“Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini başa vurduqdan sonra biznesə girişib. 2017-ci […]