Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı 2023-cü il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən 10 000 manatadək cərimə tətbiq ediləcək.
www.yenicag.az