Nazirlik vətəndaşlara müraciət etdi

media-hightechnic-468x90

kklAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirlikdən  verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: “Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyəti üçün verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.

Nazirlikdən əlavə ediblər ki, vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər(apa).

media-ziraat-728x90

Nazirlik vətəndaşlara müraciət etdi

media-hightechnic-468x90

ijhjhjhjhuyMilli Təhlükəsizlik Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirlikdən verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin rəsmi saytında vətəndaşların müraciətlərinin (Ərizə və şikayətlər) qəbulu üçün yeni elektron poçt ünvanı müəyyənləşdirilib: [email protected]

Müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında baxılması və cavablandırılması məqsədilə ünvan və əlaqə vasitələrinizi dəqiq göstərməniz xahiş olunur (ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600