Reklam

Reklam

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə  vətəndaşlar tərəfindən işəgötürənlərlə bağlı bir sıra şikayət məktubları daxil olub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a məlumat verilib. Məlumatda vətəndaşların ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin şikayət etdikləri bildirilib.

Nazirlikdən verilən açıqlamaya görə həmin vəsaitin 51,1 faizi əmək haqlarından, 43,9 faizi zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub.

Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib. Bu tədbirlər çərçivəsində işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyi və onun tətbiqinə dair konkret mövzularda, habelə qadınların və uşaqların əmək hüquqları ilə bağlı geniş məlumatlandırma işləri aparılıb və ilin sonunadək bu tədbirlər davam etdiriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 639
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."