Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarı ilə bəzi fəaliyyət sahələrində sərtləşdirilmiş karantin rejimi günlərində işə çıxan əməkdaşların sayına məhdudiyyətlər tətbiq edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8 376 nəfər tibb işçisinə, 2 476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.
Pandemiyadan zərər çəkən sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.
Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.