!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Neft dövrünün tənəzzülü, qaz dövrünün tərəqqisiylə müşaiyət olunur" - RƏY

!Reklam – Yazi

“Azərbaycan Cənub Qaz Dəhlizinin işə salınması ilə qaz ixracının artırılması nəticəsində itirilmiş neft gəlirlərinin müəyyən hissəsini kompensasiya etmək imkanı qazanacaq. Çünki qaz ixracından növbəti dövrlərdə müəyyən gəlir əldə edilməsi proqnozlaşdırılır. Hansı ki, bu gəlirlər ölkədə maliyyə bazarında tarazlığın müəyyən qədər qorunmasına, dövlətin fiskal təminatının nisbətən daha dayanıqlı və davamlı olmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən bu layihə ilə Azərbaycan qazı Rusiyadan asılı olmayan, alternativ marşurutlardan istifadə etməklə Avropaya çatdırılacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri OilGas.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

“Cənub Qaz Dəhlizinə ilk qazın vurulması ilə Azərbaycan artıq neft hasilatçısından qaz hasilatçısına çevrilir. Yəni bir dövrün tənəzzülü qaz dövrünün tərəqqisilə müşayiət olunur. Belədə yaxın gələcəkdə Azərbaycan qaz ixracatçısı ölkələrindən birinə çevriləcək. Bu da hazırda işlənilən layihələr vasitəsilə baş tutacaq. “Şahdəniz” layihəsinin ikinci fazasında işləri əksər hissəsi başa çatdırılıb. Abşeron yarımadasında böyük qaz yataqları tapılıb və yaxın gələcəkdə onun Avropa bazarlarına çıxarılması planlaşdırılır. Bu prosesdə əvvəlki dövrdə əsas NABUKKO layihəsi çıxış etməli idi. Amma müxtəlif səbəblərdən bu layihə gerçəkləşmədi. Hansı ki, NABUKKO layihəsinin miqyası, əhatəliyi və iştirakçı sayı daha geniş idi. Sadəcə, həmin layihənin qiymətinin baha olması və maraqlı tərəflərin kifayət qədər aktiv olmaması səbəbindən NABUKKO təxirə düşdü. Sonda isə Azərbaycan qazının TANAP və TAP layihələri vasitəsilə Türkiyə və Avropaya daşınması məsələsi gündəmə gəldi. TANAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir, TAP-la bağlı işlər də sürətlə davam edir. Bu layihədə əsas məqsəd yaxın gələcəkdə Azərbaycan qazının Avropanın cənub-şərqinə daşınması məsələsidir”.

Həmsöhbətimizin fikrincə, yaxın gələcəkdə kəmərin tam işə düşməsilə Azərbaycan illik 26 milyard kubmetr qaz ixrac etmək gücündə olacaq:

“İndiki halda, Cənub Qaz Dəhlizi vasitəsilə  TANAP-la illik 16 milyard kubmetrlik qaz ixracı planlaşdırılır. Daha sonra həm Bakı-Tiflis-Ərzurum qaz kəməri, həm də TANAP, TAP istiqamətindən istifadə etməklə kəmərlərin ötürücülük gücü artırılacaq. Bununla da ilə layihənin ötürmə gücü 20 milyard kubmetrə qalxacaq. Beləliklə, ölkəmizə kəmərlər vasitəsilə əlavə 26 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. Bu da hazırkı şərtlər daxilində valyuta qazanmaq baxımından müsbət haldır”.

Lakin R. Həsənov onu da vurğuladı ki, sözügedən layihə vasitəsilə nəql edilən qaz neft gəlirimizi tam kompensasiya edəcək səviyyədə olmayacaq: “Qazın qiymətində neftin bahalaşması fonunda müsbət dinamika var. Amma ümumiyyətlə qaz qiymətləri neftin qiymətilə müqayisədə baş verən prosesə daha gec reaksiya verir. Növbəti aylarda neftin qiyməti hazırkı səviyyədə qalarsa, qazın da qiymətində bahalaşma baş verə bilər. Vaxt var idi ki, ölkə neftdən 35 milyard dollara qədər gəlir götürürdü. 2015-ci ildə isə bu rəqəm 5-6 milyard dollara qədər azaldı. Qazla bağlı da Azərbaycan növbəti dövrlərdə bənzər hadisələrlə üz-üzə qala bilər. Ona görə də ölkənin fiksal siyasəti bu situasiyalara müqavimət göstərəcək səviyyədə idarə olunmalıdır”.

Qeyd edək ki, bu gün Cənub Qaz Dəhlizinə ilk qazın vurulması prosesinə start verilib. Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

COP29

www.yenicag.az

1931
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv