Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 29,3 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 0,1% azalıb.
Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 32,2 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 15,6 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 0,1%, qaz hasilatı isə 3,5% artıb.
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 32 248,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-oktyabr ayının göstəriciləri ilə müqayisədə dəyişməz qalıb. Bu ilin noyabrın 1-nə 284,4 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 32 205,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,1% çoxdur.
2018-ci ilin yanvar-oktyabr ayı ərzində ölkədə 24 971,9 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 5,6% çoxdur. Bunun 15 587,9 min kubmetri əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki illə müqayisədə 3,5% çoxdur.
www.yenicag.az