İran prezidenti ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları tanımadığını bildirib.
Yenicag.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani dövlət televiziyası ilə çıxışında ABŞ-ın sanksiyalarına baxmayaraq, neft satışını dayandırmayacaqlarını bəyan edib.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın İranla imzalanmış nüvə müqaviləsindən birtərəfli qaydada çıxması haqqında qərarından sonra İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalar bu gün səhər saatlarından etibarən artıq qüvvəyə minib.
Tramp administrasiyası tətbiq olunan sanksiyalarla İranı zəiflətmək, neft ixracına söykənən iqtisadiyyatının şah damarını kəsməyi hədəfləyib.
İran Mərkəzi Bankı və digər banklarla əməkdaşlığı davam etdirəcək beynəlxalq maliyyə qurumları ABŞ-ın sanksiyalarına məruz qalacaq.
www.yenicag.az