“Neftçala”dan səfərdə böyükhesablı qələbə
“Neftçala” futbol komandası növbəti qələbəsini Masallı rayonunda səfərdə qazanıb.
Yenicag.az xəbər verir ki, “Neftçala” komandası Region Liqası turnirinin 6-cı turunda Masallı rayonunun “Ərkivan”komandasını 0:3 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.
Bu böyük qələbə komandanın səfər oyunu olmasına baxmayaraq, əzmkar və güclü çıxışı ilə diqqət çəkib.
Qeyd edək ki, “Neftçala” Futbol Komandası Region Liqasında millət vəkili Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə “Makro2000” Şirkətlər Qrupunun baş sponsorluğu, “Yeni Çağ” Media Qrupunun media dəstəyi ilə iştirak edir.