2010-cu ildə “Neftçi”nin heyətinə cəlb olunmuş serbiyalı qapıçı Saşa Stamenkoviç Azərbaycanın ən qədim klubunun bugünkü acınacaqlı vəziyyəti haqqında danışıb: “Mən bir Neftçi tərəfdarı və 4 il klubda fəaliyyət göstərən biri kimi Müşahidə Şurasına, Çingiz Abdullayevəvə Elnur Məmmədova müraciət edirəm ki, Azərbaycanda bu rüsvayçılığı daha çox davam etdirməsinlər və istefaya getsinlər.”
Yenicag.az “haqqin.az”a istinadən bildirir ki, serb qapıçı açıq şəkildə bildirib ki, “Neftçi” rəhbərliyi futbolçulara verilən pulun bir hissəsini mənimsəyir. Onun sözlərinə görə, eyni sxem ona da tətbiq olunub. Stamenkoviç bu barədə bunları deyib:
“Sizin şəxsi maraqlarınız, pul böldüyünüz futbolçuları mühafizə etməyinizdir. Bunu mənə də təklif etmişdiniz. Haqqım olan pulun yarısını ödəmək, yarısını isə cibinizə qoymaq istəyirdiniz.”
“Azərkeşlər Elnur Məmmədova bir rejissor kimi, Çingiz Abdulllayeva isə bir yazışı kimi “Neftçi”ni necə məhv etmələri haqqında kitab buraxmağa icazə verməyəcəklər. Keçmişə qayıdaq – bizi 12 legioner futbolçunun klubdan niyə göndərdiyinizi soruşmaq istəmirəm. Ona görə ki, bizi kluba cənab Sadiqov gətirmişdi və biz “Neftçi” tarixindəki ən güclü heyət olmuşuq. Biz hazırda başqa klublardayıq. Uğurlar əldə edirik və sizləri bağışlamışıq. Amma qorxuram ki, azərkeşlər sizi heç vaxt bağışlamayacaqlar. ”
“Oyunçular və məşqçilər günahkar deyillər. Günahkar sizin futbol biliksizliyinizdir. Ona görə də “Neftçi”ni məhv etməmək üçün gedib. “Neftçi”yə eşq olsun.”
www.yenicag.az