“Neftçi” və “İnter”in 48 rəqibi bəlli oldu

media-hightechnic-468x90

96138Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” və “İnter” klublarının 51 potensial rəqibindən 48-i məlumdur.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt klublarında reytinq xalı yüksək olduğundan səpələnmişlər qrupunda yer alacaqlar. Bu isə o deməkdir ki, hər iki klubumuza nisbətən zəif komanda düşə bilər.

“Neftçi” və “İnter”in Avroliqadakı 51 potensial rəqibindən 48-i aşağıdakılardır:

“Flora” (Estoniya), “Nomme Kalyu” (Estoniya), “Skonto” (Latviya), “Sutyeska Niksiç” (Çernoqoriya), “Vikinqur” (Farer adaları), “Renova” (Makedoniya), “Odd Qrenland” (Norveç), “Kukesi” (Albaniya), “Şkendiya” (Makedoniya), “Tiraspol” (Moldova), MTK (Macarıstan), “Mladost” (Çernoqoriya), “Kayrat” (Qazaxıstan), “Ordabası” (Qazaxıstan), “Qlentoran” (Şimali İrlandiya), VPS (Finlandiya), “Kalev” (Estoniya), “Saksan” (Moldova), “Dinamo” (Batumi, Gürcüstan), “Spartak” (Gürcüstan), “Laçi” (Albaniya), “Lusitanos” (Andorra), SJK (Finlandiya), “Laxti” (Finlandiya), “Vikinqur” (İslandiya), “Yelqava” (Latviya), “Olimpik” (Bosniya və Herseqovina), “Runavik” (Farer adaları), “Sant Xuliya” (Andorra), “Atlantas” (Litva), “Qlenavon” (Şimali İrlandiya), “Kork Siti” (İrlandiya), “Yuni Kollec” (İrlandiya), “Kruoya” (Litva), “La Fiorita” (San Marino), “Partizani” (Albaniya), “Proqres” (Lüksemburq), “Yuvenes” (Lüksemburq), “Kollec Avropa” (Cəbəllütariq), “Eyrbas” (Uels), “Trakay” (Litva), “Spartak” (Latviya), “Balzan” (Malta), “Bala Taun” (Uels), “Nyu Taun” (Uels);

Qeyd edək ki, təmsilçilərimizin rəqibləri iyunun 22-də UEFA-nın püşkatmasında müəyyənləşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600