!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçilərin ailələri “Günəşli” yatağına aparılacaq

!Reklam – Yazi

gunesli_yangin_026Hal-hazırda “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir.

Bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri cəlb olunub: “Eyni zamanda gəmilərimiz sahil boyu axtarışları davam etdirir. Axtarışlara həmçinin Dövlət Sərhəd Xidmətinin helikopterləri və gəmiləri cəlb olunub”.

E.Mirzəyev deyib ki, FHN ilə SOCAR hadisə yerinə birgə uçuş təşkil edirlər: “İtkin düşmüş neftçilərin yaxınları Günəşli yatağının 10-cu özülündə olacaqlar, öz gözləri ilə yaxınlarının harada işlədiklərini və itkin düşdüklərini görəcəklər”.

Nazir müavini qeyd edib ki, bu günə qədər hava şəraitindən asılı olmayaraq xilasetmə və axtarış işləri dayandırılmayıb: “Hər gün bu işlər həyata keçirilib”.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov də jurnalistlərə bilidirb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq onların axtarışlarda iştirakına icazə verilib: “Neftçilərin ailə üzvləri təlimatlandırılıb. Onlar hadisə yerinə aparılıb axtarışlarda iştirakını təmin edəcəyik”. (trend)

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv