Xalq artisti dünyasını dəyişdi — AĞIR İTKİ
Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, aktyor 94 yaşında İsraildə həyatla vidalaşıb.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb:
“Bu dəqiqələrdə acı xəbər gəldi. Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişdi”.
Xatırladaq ki, aktyor “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla adını əbədi olaraq Azərbaycan kino tarixinə həkk edib.
Cəvahir













