Nəriman Nərimanovun oğlu haqqında kitab hazırlanır

media-hightechnic-468x90

niokjoHeydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq. Bunun üçün müəllif müvafiq instansiyalardan materiallar toplayır.

Nəriman Nərimanovun ev-muzeyindən bildirilib ki, Milli Məclisin deputatı Elmira Axundova muzeyə müraciət edərək Rudolf İvanova lazımi köməklik göstərilməsini xahiş edib.

Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin “Oğluma bitməmiş məktub”unun əlyazmasının surəti və məzmunu (aydınlaşdırıcı, müxtəsər qeydlərlə birgə), Nəcəf Nərimanovun 1942-ci ildə cəbhədə, hərbi geyimdə çəkilmiş fotoşəkli Rudolf İvanova göndərilib.

Muzeyin əməkdaşları, eyni zamanda, muzeydə xeyli materialların, o cümlədən Nəcəf Nərimanovun anası Gülsüm xanimla yazışmaları-məktublarının da olduğunu bildiriblər.

Ehtiyac olacağı təqdirdə muzeydəki bütün sənədlərin elektron nüsxəsi müəllifə təqdim ediləcək

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa