“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov oldu - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

29 aprel tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində layihə çərçivəsində keçirilmiş tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı paneli keçirilib. Panelin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat Kazımov olub.

Seminarı MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərlə mütəxəssilər arasında sənət müzakirələrinin təşkili, bu sahəyə diqqətin artırılması, gənclərin iştirakı ilə aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini daşıdığını bildirib.

Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir mübadiləsi aparıb.

MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600