Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilmişdir.
Tibb ocaqlarında ixtisaslı həkimlər tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.Həmçinin aztəminatlı ailələrdən görmə qabiliyyəti zəyif olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilib.
Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi bağlı 10 rayon sakininin pulsuz göz əmaliyyatı aparılıb. Bundan başqa əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərini yüksək səviyyədə təşkil etmək üçün Nəsimi rayonunda müvafiq komissiya yaradılıb, ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən, habelə fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərilb.
www.yenicag.az