Netanyahu İsraili süni intellektdə dünya liderinə çevirmək istəyir

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə süni intellektin inkişafını sürətləndirmək məqsədilə yaradılan komitənin ilk iclasını keçirib.

Yenicag.az xəbər verir ki, toplantıda Netanyahu komitənin fəaliyyətinin strateji əhəmiyyətini vurğulayıb və tövsiyələrin tez bir zamanda hazırlanması tapşırığını verib.

Komitəyə Netanyahuya yaxınlığı ilə tanınan və əvvəllər İsrailin hərbi qüvvələrinin inkişaf istiqamətini müəyyən edən xüsusi komitəyə rəhbərlik etmiş ehtiyatda olan briqada generalı professor Yakov Naqel sədrlik edir.

Baş nazirliyin məlumatına görə, komitə milli süni intellekt strategiyası hazırlayacaq, süni intellekt sahəsində sürətli inkişaf üçün yol xəritəsi təqdim edəcək və bu məqsədlə Baş Nazirlik nəzdində yeni bir qurumun yaradılmasını təklif edəcək.

Yeni qurumun funksiyaları, səlahiyyətləri və digər dövlət qurumları, özəl sektor və akademiya ilə əməkdaşlıq mexanizmləri də komitə tərəfindən müəyyənləşdiriləcək. Netanyahu komitə üzvlərinə ölkəni süni intellekt sahəsində qlobal liderə çevirmək istiqamətindəki rollarına görə təşəkkür edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600