Netanyahu Trampa bunu hədiyyə etdi - FOTO

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb. Netanyahu Trampa “Hizbullah”a qarşı əməliyyatın xatirəsi olaraq biri adi, digəri qızıl olan iki peycer hədiyyə edib.

Yenicag.az xəbər verir ki, bu haqda İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O bildirib ki, Donald Tramp peycerlərin kütləvi partlayışını “böyük əməliyyat” adlandırıb.

Qeyd edək ki, peycerlərin bombalanması əməliyyatı 2024-cü il sentyabrın 17 və 18-də Livan və Dəməşqdə həyata keçirilib.

Livanın Səhiyyə Nazirinin verdiyi məlumata görə, partlayışlar uşaqlar da daxil olmaqla ən azı 37 nəfərin ölümünə, 3 minə yaxın insanın isə yaralanmasına səbəb olub./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600