Netanyahu: "Türkiyənin Suriyada hərbi baza qurması İsrail üçün təhlükədir"

media-hightechnic-468x90

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfərini başa vuraraq ölkəsinə dönməzdən əvvəl mühüm açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, o, Türkiyənin Suriyada hərbi bazalar qurmaq istədiyini və bunun İsrail üçün təhlükə yaratdığını iddia edib.

Netanyahu bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiyini bildirib.

“Biz bu planlara qarşıyıq və qarşısını almaq üçün çalışırıq. Ərdoğanın dostu prezident Trampa: “Əgər köməyə ehtiyac olsa, sizinlə bu barədə danışaram”, – dedim”, – deyə Netanyahu qeyd edib.

Netanyahu həmçinin İranın nüvə silahına sahib olmaması üçün ABŞ ilə ortaq mövqedə olduqlarını vurğulayıb və Tehranla yalnız “Liviya modeli” tipli razılaşmanın effektiv ola biləcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600