"Netanyahu yenidən seçkilərdə qalib gəlsə, bu, sionizmin sonu” olacaq" - Lapid

media-hightechnic-468x90

İsrail müxalifətinin lideri Yair Lapid Baş nazir Benyamin Netanyahunun koalisiyası yenidən seçkilərdə qalib gələrsə, bunun “sionizmin sonu” olacağını bəyan edib.

Yenicag.az “Times of İsrael”ə istinadən xəbər verir ki, Lapid ölkənin kritik məqamlardan keçdiyini bildirib.

“Əgər biz indi İsraili xilas etməsək, iki ildən sonra artıq xilas edəcək bir şey qalmayacaq. Fürsət pəncərəsi bağlanacaq”.

O, israillilərin hazırda iki seçim qarşısında olduğunu deyib:

“Ya dünyaca tanınan, liberal dəyərlərə sadiq, güclü icma hissinə malik inkişaf etmiş birinci dünya dövləti, ya da demokratiyanı məhv etmək istəyən, dini irqçiliyə çevirən zorakı və geridə qalmış üçüncü dünya ölkəsi”.

Lapid İsraildə konstitusiyanın qəbul edilməsinin, təhsil sisteminin gücləndirilməsinin, polis və məhkəmələrin qorunmasının vacibliyini vurğulayıb.

“Biz seçki ilindəyik. “Yesh Atid”dən (müxalifət partiyası – red.) başqa bunu bacaran yoxdur. Əgər bizim qalib gəlməyimizi və hökumət qurmağımızı istəyirsinizsə, partiyamız güclü və böyük olmalıdır, düşərgəyə liderlik etməlidir”, – Lapid əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa