Netanyahunun arvadından iranlılara MESAJ: “Biz sizin düşməniniz deyilik”

media-hightechnic-468x90

İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu iranlılara səslənərək diqqətçəkən bir bəyanat verib.

Yenicag.az xəbər verir ki, Sara Netanyahu sosial media hesabında paylaşdığı müraciətdə İran xalqına dostluq mesajı göndərib. Paylaşımda İsrail və qədim Fars imperiyasının bayraqları ilə bəzədilmiş iki aslanın yer aldığı vizual da təqdim olunub.

“Sizin düşməniniz deyilik” sözləri ilə başlayan açıqlamada o bildirib:

“Yoldaşım, Baş nazir Netanyahunun da tez-tez qeyd etdiyi kimi: siz, İran xalqı, böyük bir mədəniyyətin, istedadlı və uğurlu bir millətin, dərin bir tarixin varislərisiniz. Bizim mübarizəmiz sizi əsarətdə saxlayan zalım rejimə qarşıdır. Xalqlarımız arasında sülh, azadlıq və dostluq dolu bir gələcəyə inanırıq”.

Qeyd edək ki, bu açıqlama İsrail-İran münasibətlərində gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600