Netanyahunun Dohadan istədiyi üzrün mətnini kim yazıb? - Baş nazirin ofisindən TƏKZİB

media-hightechnic-468x90

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi onun sentyabrın 9-da Dohada HƏMAS liderlərinə qarşı həyata keçirilən hücumdan sonra Qətər Baş nazirində üzr istəməsi ilə bağlı “Politico” nəşrinin yaydığı iddiaya münasibət bildirib.

Yenicag.az xəbər verir ki, nəşr iddia edib ki, Netanyahu tərəfindən səsləndirilən üzr mesajı Ağ Ev tərəfindən hazırlanıb və Qətərli vasitəçinin töhfəsi ilə formalaşdırılıb.

Hətta xəbərdə qeyd olunub ki, “Qətər Baş nazirinin yaxın müttəfiqi və güclü vasitəçi” həmin vaxt Oval kabinetdə Donald Tramp və Netanyahu ilə birlikdə olub və baş nazirin əvvəlcədən razılaşdırılmış mətnə sadiq qalmasını təmin edib.

Netanyahunun ofisi isə tərəfindən isə bu iddialar qəti şəkildə təkzib olunub: “Bu, saxta xəbərdir. Baş nazir Netanyahunun Qətər Baş naziri ilə söhbətindəki fikirləri yalnız onun özü və peşəkar komandası tərəfindən müəyyən olunub.”

Açıqlamada həmçinin vurğulanıb ki, qətərli rəsmi yalnız ABŞ komandasının dəvəti ilə həmin telefon danışığı zamanı iştirak edib və İsrail tərəfi ilə heç bir təmasda olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa