ABŞ-ın Türkiyə ilə sərhəddə “ordu” qurmasının pərdəarxası məqamları üzə çıxdı.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da yayımlanan “New York Times” qəzeti məlumat yayıb. Məlumatda ABŞ-ın Türkiyə sərhədində qurmağı planlaşdırdığı 30 min nəfərlik “sərhəd qoruma qüvvəsi”nin bölgədə narahatlıq doğurduğu və bu addımın Suriyanın daha çox bölünməsinə şərait yaradacağı qeyd olunub.
“New York Times” ABŞ-ın Suriyadakı əsil hədəfini də ifşa edib:
“ABŞ 2 ildir bölgəyə ciddi şəkildə sərmayə yatırır. Hazırda bir dövlət qurmaq məqsədi var. Bura əslində Suriyanın ən zəngin neft yataqlarına sahib bölgəsidir”.
www.yenicag.az